Sumqayıtda itkin düşən qoca ölü tapıldı

Sumqayıtda itkin düşən qoca ölü tapıldı

Sumqayıtda itkin düşən kişinin meyiti tapılıb.

“Qanunyolutv.az”-ın məlumatına görə, bu il sentyabrın 14-də şəhər sakini 81 yaşlı Nadir Rzayevin itkin düşməsi barədə polis bölməsinə məlumat daxil olub. Həmin gündən etibarən polis əməkdaşları tərəfindən onun yerinin müəyyən olunub tapılması istiqamətində zəruri əməliyyat axtarış tədbirləri davam etdirilib.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, tədbirlər nəticəsində dünən saat 19:00 radələrində onun üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı binanın həyətində basdırılmış şəkildə tapılıb.

Nadir Rzayevi küt alətlə vuraraq qətlə yetirməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş 1977-ci il təvəllüdlü Samir Abbasov tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
****

"Qanunyolutv.az" xəbər verir ki, Sumqayıt şəhər prokurorluğundan verilən məlumata görə, sentyabrın 14-ü Sumqayıt Şəhər Polis İdarəsinə 1941-ci il təvəllüdlü Nadir Rzayevin itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında aparılmış istintaq-əməliyyat tədbirləri ilə sonuncunun qəsdən öldürülməsi müəyyən olunub.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla zərərçəkmişin tanışı 1977-ci il təvəllüdlü Samir Abbasovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nadir Rzayevi boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Samir Abbasov şübhəli şəxs qismində tutulub. İstintaq davam edir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter