Abşeronda Heydər Əliyevin anım günü qeyd edildi - Fotolar

Abşeronda Heydər Əliyevin anım günü qeyd edildi - Fotolar

Abşeronda Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd edilib.

“Qanunyolu.info.az” xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Rayon Polis Şöbəsinin rəisi Şəhriyar Şəmşirli, Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron Rayon İdarəsinin rəisi Ruslan Rəhimov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin rəisi, polkovnik Hüseyn Quliyev, Abşeron rayon prokuroru Qabil Qasımov, Abşeron rayon Mühafizə Polisi İdarəsinin rəisi Arif Məmmədov, Yeni Azərbaycan Partiyasının Aberon Rayon Təşkilatının sədri Bilman Vəliyev və rayon ictimaiyyəti iştirak edib.
Abşeronda Heydər Əliyevin anım günü qeyd edildi - Fotolar

İştirakçılar Xırdalan şəhərinin mərkəzində Ümummilli Liderin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, dahi rəhbərin əziz xatirəsini ehtiramla anıblar.

Daha sonra Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Mərkəzdə nümayiş etdirilən fotoşəkillər və sənədli film hər kəsi yaxın keçmişə qaytarıb, Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif məqamları bir daha göz önündə canlanıb.
Abşeronda Heydər Əliyevin anım günü qeyd edildi - Fotolar
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter