Yardımlıda yol çökdü, istinad divarı dağıldı

Yardımlıda yol çökdü, istinad divarı dağıldı

Yardımlı rayonunda torpaq sürüşməsi baş verib. Hadisə Masallı-Yardımlı avtomobil yolunun 52-ci kilometrliyində qeydə alınıb. Nəticədə avtomobil yolu çöküb.

"Qanunyolutv.az" xəbər verir ki, Yardımlı Rayon İcra Hakimiyyətindən faktı təsdiqləyiblər.

Yardımlı RİH başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Azər Xamiyev bildirib ki, hazırda yolda hərəkət bərpa olunub.

Azər Xamiyev qeyd edib ki, sözügedən problemlə bağlı aidiyyəti qurumlara müraciət edilib: “Masallı-Yardımlı yolunun həmin hissəsi maili yerdədir. Orada istinad divarı tikmişdik, sürüşmə nəticəsində artıq o divar uçub. Eni 15-20 metr olan yolun alt hissəsində, eni 4 metr, uzunluğu 55 metr olan çökmə yaranıb. Problemlə əlaqədar Nazirlər Kabinetinə, Avtomobil Yolları üzrə Dövlət Agentliyinə müraciət olunub. Hazırda sənədlər baxılma mərhələsindədir və problem aradan qaldırılacaq”.

Rayon rəsmisi əlavə edib ki, hazırda yolda nəqliyyatın hərəkətində problem yoxdur, lakin yağışlı hava olarsa, problem yarana bilər.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter