Yardımlı rayonunda qazi intihar etdi

Yardımlı rayonunda qazi intihar etdi

Yardımlı rayonunda Vətən müharibəsi qazisi intihar edib.

"Qanunyolu.info.az" xəbər verir ki, bu barədə tanınmış jurnalist Elşad Paşasoy məlumat paylaşıb.

Məlumata görə, Yardımlı rayonun Urakəran kənd sakini, 1994-cü il təvəllüdlü Fərid Rafiq oğlu Quliyev bağda özünü asıb. Fəridin hansı səbəbdən intihar etdiyi bəlli olmasa da, Paşasoyun sözlərinə görə, o, gecə-gündüz dəhşətli döyüş səhnələrindən danışırmış.

"Bəlkə də bir neçə saatlıq psixoloji məsləhətlər onu fikrindən daşındırardı", - deyə jurnalist qeyd edib.

Faktla bağlı araşdırma aparılır.

ALLAH RƏHMƏT ELƏSİN!
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter