Yanukoviçin keçmiş müşaviri Madriddə öldürüldü
- 21.05.2025, 14:00,
- Dünya
Baxılıb: 6
Facebook
Вконтакте
Одноклассники
Google+
Ukraynanın sabiq Prezidenti Viktor Yanukoviçin keçmiş müşaviri və onun administrasiya rəhbərinin müavini Andrey Portnov Madriddə güllələnərək öldürülüb.“Qanunyolutv.az” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, Portnov döş qəfəsindən 4, başından isə 1 güllə yarası alıb.
Madrid Milli Polisi 52 yaşlı Andrey Portnovun ölüm faktını təsdiqləyib.
Cinayətkar hadisə yerindən qaçıb, onun axtarışları davam etdirilir.
Qeyd edək ki, Andrey Portnov 2006-2010-cu illərdə Ali Radanın üzvü olub. 2010-cu ildə Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini təyin edilib. 2014-cü ilin fevralına - Kiyevdə hakimiyyət dəyişikliyi baş verənə qədər o, administrasiya rəhbərinin birinci müavini vəzifəsində qalıb. 2014-cü ildən Ukraynanı tərk etdikdən sonra özəl hüquq fəaliyyəti ilə məşğul olub.
2015-ci il yanvarında Ukrayna DİN Portnov barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə əmlakın mənimsənilməsi ilə bağlı cinayət işi üzrə axtarış elan edib. Lakin siyasətçinin yerini müəyyən etmək mümkün olmadığı üçün axtarış ləğv edilib.
Portnov Avstriyada yaşayıb və 2019-cu ildə Ukraynaya qayıdıb. ABŞ 2021-ci ilin sonunda ona qarşı sanksiyalar tətbiq edib.
