Emin Əmrullayevdən zəlzələdə həyatını itirən tələbələrlə bağlı paylaşım
- 15.02.2023, 16:00,
- Xəbər / Sosial / Təhsil
Baxılıb: 4
Facebook
Вконтакте
Одноклассники
Google+
Elm və təhsil naziri Emin Əmrullayev Malatya şəhərində baş vermiş zəlzələdə azərbaycanlı tələbələrin həlak olması ilə bağlı başsağlığı verib.“Qanunyolutv.az” xəbər verir ki, nazir bununla bağlı feysbuk hesabında paylaşım edib:
“Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində Malatya şəhərindəki İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələrin - Hümam İsmayıllı, Gündüz Nəzərzadə, Samir Quliyev, Şahin Vəliyevin həlak olmasından kədərləndiyimizi bildirir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı diləyirik.
Allah rəhmət etsin!”
Xatırladaq ki, Türkiyənin Malatya şəhərində fevralın 6-da baş verən zəlzələnin təsirindən uçub dağılan binanın altında qalan azərbaycanlı tələbələrdən 4-nün də meyiti tapılıb. İnönü Universitetinin tələbələri olan - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə haqqında zəlzələ baş verdiyi vaxtdan bu günədək heç bir məlumat yox idi. Onların meyitləri uzun axtarışlardan sonra fevralın 14-də dağıntılar altından çıxarılıb. Tələbələrin cənazələrinin Azərbaycana gətirilməsi üçün hazırlıqlara başlanılıb. Cənazələrin bu gecə (fevralın 16-da) saat 02:00 radələrində ölkəyə gətirilməsi nəzərdə tutulub.
