4 tələbədən birinin nəşi tapıldı - Rəsmi+Yenilənib
- 14.02.2023, 20:30,
- Xəbər / Sosial
Baxılıb: 5
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyədə dağıntılar altında qalan 4 tələbədən birinin nəşi tapılıb.“Qanunyolutv.az” İTV-yə istinadən xəbər verir ki, Şahin Verdiyevin təbii fəlakət nəticəsində ölməsi yaxınları tərəfindən təsdiqlənib.
Belə ki, Şahinin dayısı dağıntılar altından çıxarılan nəşin bacısı oğluna aid olduğunu bildirib.
Bundan başqa, dağıntılar altından Gündüz Nəzərzadənin əşyaları da tapılıb.
Qeyd edək ki, Şahindən əlavə, 9 gündür dağıntılar altında Samir Quliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin də axtarışları aparılır.
****
Azərbaycan Xarici İşlər Nazirliyi də Şahin Verdiyevin həlak olmasını təsdiqləyib."Qanunyolutv.az" xəbər verir ki, XİN-dən verilən məlumata görə, Malatya şəhərində aparılan axtarış tədbirləri nəticəsində 2001-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Verdiyev Şahin Nail oğlunun vəfat etdiyi məlum olub. Bununla zəlzələ nəticəsində həlak olan Azərbaycan Respublikasının vətəndaşlarının sayı 6 nəfərə çatıb.
Allah rəhmət eləsin!