Zakir Həsənov Qaribaşvili ilə görüşdü - Fotolar
- 04.10.2021, 15:00,
- Xəbər
Baxılıb: 40
Facebook
Вконтакте
Одноклассники
Google+
Xəbər verdiyimiz kimi, Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak etmək məqsədilə müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanda səfərdədir."Qanunyolu.info.az" xəbər verir ki, əvvəlcə Tbilisi şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə əklil qoyularaq xatirəsi hörmət və ehtiramla yad edilib.
Sonra müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın Baş naziri cənab İrakli Qaribaşvili ilə görüşüb.
Görüşdə tərəflər hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıblar.