Tbilisidə azərbaycanlı kürdlərlə kütləvi davada qətlə yetirildi - Yenilənib

  • 23.05.2021, 13:00,
  • Xəbər
  • Baxılıb: 29
Tbilisidə azərbaycanlı kürdlərlə kütləvi davada qətlə yetirildi - Yenilənib

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi Abanotubani rayonunda ötən gecə yerli gənclər arasında dava baş verib.

"Qanunyolu.info.az", "Report"a istinadən xəbər verir ki, köhnə Xarpuxi məhəlləsindəki insident zamanı 32 yaşlı yerli azərbaycanlı qətlə yetirilib.

Hadisə zamanı bir neçə azərbaycanlı gəncin xəsarət aldığı və xəstəxanaya yerləşdirildiyi bildirilir.

Yayılan məlumatlara əsasən, dava azərbaycanlı və kürd əsilli gənclər arasında olub.

Hadisənin digər detalları hələ məlum deyil.
****

Tbilisidə azərbaycanlı gəncin qətlə yetirilməsi ilə bağlı bir nəfər saxlanılıb.

Həmin şəxs törədilən cinayət barədə məlumat verməməkdə təqsirli bilinir.

Gürcüstanın Daxili İşlər Nazirliyində hadisə zamanı 3 nəfərin xəsarət alması faktını təsdiqləyiblər.

İnsidentlə bağlı istintaqın davam etdirildiyi qeyd olunub.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter