Poladsız ilk Analar Günü... - Video
- 10.05.2021, 16:00,
- Xəbər
Baxılıb: 74
Facebook
Вконтакте
Одноклассники
Google+
Milli Qəhrəman, general-mayor Polad Həşimovun anası Səmayə Həşimova Beynəlxalq Analar Günündə oğlunun məzarını ziyarət edib.“Qanunyolu.info.az” xəbər verir ki, Səmayə Həşimova Türkiyənin “Haberglobal” kanalına açıqlamasında Poladın əslində vəkil olmaq istədiyini, ancaq Azərbaycanın əzəli torpaqları ermənilər tərəfindən işğal edildiyi üçün əsgər olmağa qərar verdiyini ifadə edib.
Polad Həşimovun general rütbəsi aldığı gün bir ana kimi çox xoşbəxt olduğunu söyləyən Həşimova sözlərinə belə davam edib: “Formasını evə gətirdi. O gün alnından öpdüm. Vətənini çox sevirdi. “Ana, səni sevdiyim qədər Vətənimi sevirəm. Oradakı əsgərlərin valideynləri də onları çox sevir. Əsgərlər mənə əmanətdir”, -dedi”.
Daha sonra Səmayə Həşimova oğlunun Türkiyədəki təlimlərə qatıldığını bildirib: “Türkiyə xalqını və ordusunu çox sevirdi. Həmişə Türkiyə ordusundan təriflə danışardı. Atatürkün məzarını ziyarət etməsindən də sevinclə bəhs edərdi. Şəhid anası olmaq çox ağırdır. Bu, bir ana üçün böyük bir ağrıdır. Onların da anaları var. Allah bizə dözmək üçün güc versin. Allahın verdiyi canı özümüzdən alana qədər dözməliyik”.
Allah rəhmət eləsin!
