Alişan canlı yayımda vaksin vurdurdu

Alişan canlı yayımda vaksin vurdurdu

Türkiyənin məşhur müğənnisi Alişan canlı yayımda koronavirus peyvəndi vurdurub.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, sənətçi peyvəndin tətbiqi üçün səhiyyə orqanlarına könüllü olaraq müraciət edib. O, Star TV-də yayımlanan və aparıcısı olduğu “Demet və Alişanla sabah-sabah” proqramının canlı efirində vaksin vurdurub.

“Mən daxil olmaqla hər kəs “COVID-19”dan bezib. Bu problemin tək həll yolu peyvənddir. Tez bir zamanda bu işdən xilas və örnək olmaq istədim”,- deyə Alişan bildirib.

Qeyd edək ki, Türkiyədə ilk vaksin vurduran məşhur Çağla Şikel olub. O, həmin anı lentə alaraq sosial şəbəkədə paylaşmış, tənqidlərə məruz qalmışdı.
Alişan canlı yayımda vaksin vurdurdu
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter