Kamala Harris də canlı yayımda peyvənd olundu - Video
- 29.12.2020, 23:00,
- Dünya / Xəbər
Baxılıb: 48
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ-ın yeni seçilmiş vitse-prezidenti Kamala Harris də canlı yayımda koronavirusa qarşı peyvənd vurdurub."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, Harris bununla bütün amerikalılara nümunə olmaq istədiyini deyib:
“İndi mən vaksin etdirdim. Hamını peyvəndə çağırıram. Bu, nisbətən ağrısız, sürətli və təhlükəsiz prosedurdur. Həyat yoldaşım da peyvənd olunacaq. Vaksinlərin ikinci partiyasının alınacağı vaxtı gözləyirəm. Mən alimlərə inanıram”.
Kamala Harris Moderna şirkətinin preparatı ilə peyvənd olunub.
Xatırladaq ki, bundan əvvəl ABŞ-ın yeni seçilən prezidenti Co Bayden, hazırkı vitse-prezident Mayk Pens və xanımı, konqres liderləri peyvənd olunmuşdular.