İvleyeva ilə əri də yoluxub

İvleyeva ilə əri də yoluxub












Televiziya aparıcısı və blogger Anastasiya İvleyeva və həyat yoldaşı reper Aleksey Uzenyuk (Elcey) koronavirusa yoluxub.

"Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, İvleyeva bu barədə öz İnstaqram səhifəsində açıqlama verib. “Mən və ərim koronavirusa yoluxduq. Xatırladım ki, virus heç yerə getməyib, diqqətli olun!” - blogger növbəti paylaşımında isə xəstəliyin simptomları barədə yazıb.

Öz növbəsində, aparıcının həyat yoldaşı reper Elcey İnstagram hekayəsində pozitiv test nəticəsini paylaşaraq: “Mənim bir tacım var, deməli, mən padşaham. Əgər mən padşahamsa, deməli, bizim gələcəyimiz var”,-deyə qeyd edib.

Cütlüyün virusa harada yoluxduğu hələ ki dəqiq bilinmir.

Qeyd edək ki Anastasiya İvleeva və Aleksey Uzenyuk keçən ilin payızında evləniblər.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter