Koronavirusa yoluxan jurnalist bacı-qardaşdan xəbər var
- 24.06.2020, 14:20,
- Xəbər
Baxılıb: 25
Facebook
Вконтакте
Одноклассники
Google+
“Məni, bacımı və həyat yoldaşımı aldatdılar ki, sizi xəstəxanaya aparırıq. Təcili yardım maşını bizi Atletlər Kəndindəki karantinə yerləşdirib qaçdı”. "Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Cümhuriyyət” qəzetinin əməkdaşı Müşfiq Abdulla sosial şəbəkədə paylaşıb. Bildirib ki, karantinə yerləşdirildikdən sonra onlara TƏBİB-in icazəsi olmadan buraxılmayacaqları bildirilib: “Burada nə həkim var, nə də dərman. Şəxsiyyət vəsiqələrimizi alıb çıxmağa icazə vermirlər. Vəziyyətimiz isə getdikcə ağırlaşır”.
Məsələ ilə əlaqədar qəzetin baş redaktoru
Rəfail Becanov məlumat yayaraq TƏBİB-lə əlaqə saxlanıldığını və məsələnin araşdırıldığını bildirib: “Bizə lazımi tədbirlərin görüldüyü deyildi. Məsələnin şəxsən TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlının nəzarətində olduğu bildirildi”.
M. Abdulla isə bildirib ki, həkimlər gəlib onların şikayətlərilə maraqlanıb.
TƏBİB-in mətbuat katibi
Rəvanə Əliyeva da "Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən açıqlamasında məsələnin nəzarətə götürüldüyünü söyləyib.
Qeyd edək ki, M. Abdullanın virusa yoluxan bacısı da jurnalistdir. O, “Palitra” qəzetinin əməkdaşı, “Tərəqqi” medalı ilə təltif olunmuş Nigar Abdullayevadır.
***
Koronavirusa yoluxmuş bacı-qardaş jurnalistlər Nigar Abdullayeva, Müşfiq Abdulla, habelə onun həyat yoldaşı 1 saylı Klinik Mərkəzə (Semaşko) köçürülüb.
