İTV-nin 2 əməkdaşı koronavirusa yoluxub
- 18.06.2020, 16:00,
- Xəbər
Baxılıb: 28
Facebook
Вконтакте
Одноклассники
Google+
İctimai Televiziya və Radio Yayımları Şirkətində yoluxma şübhəsi olan əməkdaşlarla bağlı test verilib, onlardan ikisində nümunələr pozitiv çıxıb."Qanunyolu.info.az", "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti pandemiya elan edilən gündən etibarən şirkətdaxili gücləndirilmiş qoruyucu tədbirlər həyata keçirməkdədir. Operativ Qərargahın bununla bağlı təlimatlarına uyğun olaraq şirkətin inzibati binası mütəmadi dezinfeksiya edilir, binaya daxil olan hər kəsin bədən hərarəti ölçülür, hər kəs xüsusi dezinfeksiyaedici mayelərlə və qoruyucu maskalarla təmin edilir.