“Polad postu” da Aprel döyüşlərində azad edilib... - Video

“Polad postu” da Aprel döyüşlərində azad edilib... - Video

Bu gün “Aprel döyüşləri”nin başlanmasından 5 il ötür.

“Qanunyolu.info.az” xəbər verir ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri bütün cəbhə boyu hücuma keçiblər. Azərbaycan mövqeləri və yaşayış məntəqələri atəşə məruz qalıb. Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri nəticəsində döyüşlər Azərbaycanın qələbəsi ilə nəticələnib.

“Aprel döyüşləri” nəticəsində Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi, Cocuq Mərcanlı, Gülüstan, Qazaxlar və Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olunub.

Aprelin 5-də Moskva şəhərində beynəlxalq qurumların müşahidəsi ilə Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisləri arasında atəşkəs müqaviləsi imzalanıb.
“Polad postu” da Aprel döyüşlərində azad edilib... - Video

Döyüşlər nəticəsində Ermənistan Ordusunun 560 hərbçisi məhv edilib, 500 hərbçi yaralanıb, 33 tank və zirehli maşın, 25 artilleriya qurğusu məhv edilib.

Erməni təxribati nəticəsində Azərbaycanda 2-si uşaq olmaqla 6 mülki şəxs həlak olub, 26 şəxs ağır yaralanıb.

“Aprel döyüşləri”ndə şəhid olan polkovnik Vüqar Yusifov “Vətənə xidmətə görə” ordeni ilə, “Murov qartalı” ləqəbli polkovnik-leytenant Raquf Orucov “İgidliyə görə” medalı ilə, Ermənilər tərəfindən vurulan Mi-24 helikopterinin pilotları- mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə və baş-leytenant Bəkir İsmayılov “Azərbaycan bayrağı” ordeni ilə təltif ediliblər.
“Polad postu” da Aprel döyüşlərində azad edilib... - Video

Polkovnik-leytenant Murad Mirzəyev və Xüsusi Təyinatlı Qüvvələrin mayoru Samid İmanova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

“Aprel döyüşləri” zamanı 1-ci Ordu Korpusunun Komandir müavini, Qərargah rəisi olan Polad Həşimov Tərtər istiqamətində gedən döyüşləri idarə edib. Bu döyüşlərdə fərqləndiyinə görə Prezident İlham Əliyev onu "Vətənə xidmətə görə" ordeni ilə təltif edib. Talış yüksəkliyindəki postlardan birinə Polad Həşimovun şərəfinə "Polad postu" adı verilib.

Polkovnik Şükür Həmidov isə hələ o zaman sağikən bu ada layiq görülüb. Ş.Həmidov Vətən Müharibəsində şəhid olub.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter