Xocavənd və Füzuliyə qanunsuz gedən daha 6 nəfər saxlanıldı - Video
- 10.02.2021, 15:50,
- Sosial / Xəbər
Baxılıb: 77
Facebook
Вконтакте
Одноклассники
Google+
Fevralın 9-da Xocavənd və Füzuli rayonları ərazilərində daxili işlər orqanlarının əməkdaşları tərəfindən qabaqlayıcı profilaktik tədbirlər keçirilib. "Qanunyolu.info.az“ xəbər verir ki, DİN-dən verilən məlumata görə, nəticədə qeyd edilən rayonların işğaldan azad edilən ərazilərinə qanunsuz yollarla keçmiş 6 nəfər Ağcabədi rayon sakini - Qafar Qələndərov, Firdovsi Əliyev, Emin Mamedov, Səfər Əliyev, Elçin Əliyev və Mahir Mamedov müəyyən edilərək saxlanılıblar.
Həmin şəxslərin əməllərinə hüquqi qiymət verilməsi üçün araşdırmalar davam etdirilir.