Şəhidlik zirvəsinə ucalmış RİİB könüllüsü - Video

Şəhidlik zirvəsinə ucalmış RİİB könüllüsü - Video

Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmanlıq dastanı yazan, şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan biri də “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) könüllüsü Məhəbbət Paşayevdir.

"Qanunyolu.info.az" xəbər verir ki, Şəki rayonunun Bolludərə kəndində doğulan Məhəbbət daha sonra ailəsi ilə birlikdə Oğuz rayonuna köçüb. Orta təhsilini tamamladıqdan sonra 2018-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidməti uğurla başa vuran Məhəbbət hərbçi olmaq arzusunu reallaşdıraraq, N saylı hərbi hissələrdən birində müddətdən artıq həqiqi hərbi xidmətə başlayır.

Vətən müharibəsinin elə ilk günündən ön cəbhədə olan qəhrəmanımız Suqovuşan kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. 2017-ci ildən RİİB könüllüləri sırasına qoşulan Məhəbbət könüllülük fəaliyyəti dövründə də vətənpərvərliyi ilə seçilən, nümunəvi gənclərdən olub. Bütün tədbirlərdə, layihələrdə, sosial aksiyalarda həmişə ön sıralarda olan Məhəbbət canından artıq sevdiyi Vətən uğrunda əbədiyyətə qovuşaraq hər kəsin yaddaşında əbədi iz qoydu.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Paşayev Məhəbbət Vaqif oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Vətən, torpaq uğrunda canından keçən şəhidlər heç zaman unudulmur, onlar qəlbimizdə əbədi yaşayır!
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter