“Hulusi Akara verdiyi sözü tutdu” - Fotolar

“Hulusi Akara verdiyi sözü tutdu” - Fotolar

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsinin şəhidi Valeh Məmiyevlə bağlı paylaşım edib.

"Qanunyolu.info.az" xəbər verir ki, paylaşımda qeyd olunub:

"O, nazirimiz Hulusi Akara vətən torpaqlarının işğaldan azad ediləcəyinə dair söz vermişdi. Qubadlıda son nəfəsini verərkən "Milli müdafiə naziri Hulusi Akara verdiyim sözə əməl etdim. Vətən sağ olsun" demişdi. Qəhrəman şəhidimiz Valeh Məmiyevi rəhmətlə anırıq!".
“Hulusi Akara verdiyi sözü tutdu” - Fotolar

Azərbaycan Ordusunun baş leytenantı olan Valeh Məmiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə cəsur komandir kimi iştirak etmişdir.

Qeyd edək ki, 1994-cü ildə Yardımlıda anadan olan Valeh Məmiyev oktyabrın 19-da Qubadlı döyüşləri zamanı ağır yaralanıb, oktyabrın 23-də isə aldığı yaradan şəhid olub. Doğulduğu Yardımlı rayonunda dəfn olunub.
“Hulusi Akara verdiyi sözü tutdu” - Fotolar

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Valeh Məmiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Valeh Məmiyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
“Hulusi Akara verdiyi sözü tutdu” - Fotolar

Valeh Məmiyev 2020-ci ildə Türkiyə-Azərbaycan hərbi təlimlərində iştirak etmiş və təlimlərin sonunda Hulusi Akar tərəfindən şəxsən xüsusi fərqlənmə ilə təltif edilmişdi.

Baş Leytenant Məmiyev Valeh özünü vətən yolunda həqiqi mənada qurban vermiş oldu. Bunu komandirlərinin qeyd etdiyi kimi, o döyüşlərinin ilk günlərindən daima təkid edərək məhz onu döyüşə göndərməyini, artıq təcrübəsini, vətənpərvərliyini göstərməyin vaxtı çatdığını demişdi. Və məhz buna görə də taborundan öz komandası ilə ilk döyüşə gedən o idi. Valeh sözün həqiqi mənasında, atasının, anasının, vətəninin, xalqının qəhrəmanı, nümunəvi oğlu idi. Bizim hər birimizin fəxri və daima övladlarımıza və gələcək nəsillərə göstərəcək örnəyimizdir. O həmişə qəlblərimizdə yaşayacaq.
“Hulusi Akara verdiyi sözü tutdu” - Fotolar

ALLAH RƏHMƏT ELƏSİN!
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter