PAŞA Holding və Bravodan sosial yardım

PAŞA Holding və Bravodan sosial yardım

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq çərçivəsində PAŞA Holding və BRAVO marketlər şəbəkəsi sosial məsuliyyət prinsipi əsasında növbəti sosial layihəni reallaşdırırlar.

"Qanunyolu.info.az" xəbər verir ki, layihə çərçivəsində şəhid və yaralanmış hərbçilərin ailələrinə, eləcə də ölkənin müxtəlif bölgələrində yaşayan aztəminatlı ailələrə ərzaq və digər məhsullardan ibarət yardım paketləri təqdim edilir.
PAŞA Holding və Bravodan sosial yardım

Sosial məsuliyyət prinsipinə sadiqliyini nümayiş etdirən Şirkətlər tərəfindən ümumilikdə 10,000 yardım paketinin təqdim olunması nəzərdə tutulur ki, bu da 500 min AZN-dən çox yardım təşkil edir. Yardım paketinə bitki yağı, un, düyü, qənd və şəkər tozu, makaron, mal ətindən konservlər, kolbasa və sosislər, çay, kartof, soğan və bu kimi təməl qida məhsulları, eləcə də sabun, yuyucu tozu və digər təmizlik vasitələri daxildir.
PAŞA Holding və Bravodan sosial yardım

Qeyd edək ki, PAŞA Holding və onun törəmə şirkətləri həm müharibə, həm də pandemiya zamanı fəal sosial məsuliyyət yönümlü fəaliyyətləri ilə fərqlənirdilər. Belə ki, şirkətlər tərəfindən həm koronavirusla mübarizə, həm də müharibə zamanı zərərçəkəm ailələrə dəstək istiqamətində fəaliyyətlər görülüb. İlin əvvəlindən Bravo marketlər şəbəkəsi tərəfindən ölkəmizdə yaşayan həssas qruplara 65 000-dən çox yardım paketi təqdim olunub.
PAŞA Holding və Bravodan sosial yardım
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter