Nazir ermənilərin öldürdüyü Şahmalıdan yazdı
- 07.11.2020, 20:45,
- Sosial / Təhsil / Xəbər
Baxılıb: 35
Facebook
Вконтакте
Одноклассники
Google+
"Bu gün daha bir şagirdimiz düşmən təcavüzünün qurbanı olub. 16 yaşlı Şahmalı Rəhimov Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonuna atılan mərmi nəticəsində həlak olub"."Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev öz feysbuk hesabında yazıb.
"Şahmalı Ağdam rayonu 94 nömrəli köçkün tam orta məktəbin 10-cu sinif şagirdi idi. Ermənistan təcavüzünün qurbanı olan məktəblilərimizin sayı artıq 10-a çatdı. Allah rəhmət eləsin!",- deyə nazir əlavə edib.