Sabah 15 yaşı olacaqdı...
- 17.10.2020, 14:10,
- Hadisə / Təhsil / Xəbər
Baxılıb: 31
Facebook
Вконтакте
Одноклассники
Google+
Təhsil naziri Emin Əmrullayev bu gecə Gəncədə Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhalinin raket atəşinə tutulması nəticəsində həlak olanlardan birinin məktəbli olduğunu açıqlayıb."Qanunyolu.info.az", “Qafqazinfo”-nun verdiyi xəbərə istinadən, E.Əmrullayev bildirib ki, 15 yaşlı Nigar Əsgərovanın sabah ad günü olacaqdı: “Nigar Gəncə şəhəri 29 nömrəli tam orta məktəbin 10-cu sinfində təhsil alırdı. Bu gecə işğalçı Ermənistanın Gəncəyə raket hücumu nəticəsində evləri başına uçdu və Nigar balamız həlak oldu.
Düşmən təcavüzü nəticəsində artıq 4 məktəblimiz həlak olub.
Həlak olanlara Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirik!”
Qeyd edək ki, Ermənistan dövlət terroru nəticəsində bu hadisədə 13 dinc sakin həlak olub. Onların 6-sı kişi, 4-ü qadın, 3-ü azyaşlıdır.
Ermənilərin raket atəşi nəticəsində bu gün 48 dinc sakin yaralanıb. Onlardan 23-ü kişi, 20-si qadın, 6-sı azyaşlıdır. İki uşaq itkin düşüb.