Suraxanıda narkomaniya ilə mübarizə mövzusunda tədbir keçirildi - Fotolar

Suraxanıda narkomaniya ilə mübarizə mövzusunda tədbir keçirildi - Fotolar

Suraxanı rayonunda növbəti dəfə narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbir Bülbülə qəsəbəsi, D.Məmmədzadə adına 232 saylı tam orta məktəbdə təşkil olunub.

“Qanunyolutv.az” xəbər verir ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Rayon Prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov iştirak edib.
Suraxanıda narkomaniya ilə mübarizə mövzusunda tədbir keçirildi - Fotolar

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan D.Məmmədzadə adına 232 saylı tam orta məktəbin direktoru Nisə Fərəcova qonaqları salamlayıb və cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlasının insan həyatında sağalmaz fəsadlara yol açdığını, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında narkomaniya ilə mübarizənin önəm daşıdığını diqqətə çatdırıb.

Sonra məktəbin şagirdlərinin təqdimatında narkotik vasitələrdən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən səhnəcik nümayiş olunub.
Suraxanıda narkomaniya ilə mübarizə mövzusunda tədbir keçirildi - Fotolar

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını şagirdlərin diqqətinə çatdıraraq dövlətimiz tərəfindən narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlər haqqında məlumat verib. Son illər narkotik vasitələrə qarşı mübarizənin xeyli güclənməsindən, dövlət orqanlarının bu sahədəki fəallığından danışan RİH başçısı sosial bəlaya qarşı aparılan mübarizədə mütəmadi olaraq maarifləndirici
tədbirlərin keçirilməsinin əhəmiyyətini də vurğulayıb.
Suraxanıda narkomaniya ilə mübarizə mövzusunda tədbir keçirildi - Fotolar
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter