Suraxanıda təhlükəsizlik orqanlarının yaranmasının 103 illiyi qeyd olundu

Suraxanıda təhlükəsizlik orqanlarının yaranmasının 103 illiyi qeyd olundu

Suraxanı rayonunda Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 103 illiyi və peşə bayramı qeyd olunub.

“Qanunyolu.info.az” xəbər verir ki, ilk öncə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Dövlət Təhlükəsizliyi Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov və Xidmətin əməkdaşları Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin Suraxanı rayonu, Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.

Daha sonra Dövlət Təhlükəsizliyi Xidmətinin Suraxanı rayon İdarəsinin inzibati binasında davam edən tədbirdə öncə Azərbaycan dövlət himni səsləndirilərək, Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Dövlət Təhlükəsizliyi Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov qonaqları salamlayaraq şəxsi heyəti peşə bayramı günü münasibətilə təbrik edib və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevin Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 103-cü ildönümü ilə bağlı təbrik məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Dövlət Təhlükəsizliyi Xidmətinin Suraxanı rayon İdarəsinin əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik edərək Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə doğma Vətənin daimi tərəqqisi, təhlükəsizliyi və daha da qüdrətlənməsi naminə şərəfli xidmətlərində yeni-yeni uğurlar arzulayıb.
Suraxanıda təhlükəsizlik orqanlarının yaranmasının 103 illiyi qeyd olundu

28 Mart - Azərbaycanın Təhlükəsizlik orqanlarının yaradılmasının 103-cü ildönümü və peşə bayramı münasibəti ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Suraxanı rayon İdarəsinin bir qrup əməkdaşı Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunublar.

Tədbirin sonunda təhlükəsizlik orqanlarının fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter