Suraxanıda şəhid doğum günündə anıldı - Fotolar
- 23.09.2022, 19:30,
- Sosial / Xəbər
Baxılıb: 47
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Quliyev Rəşad Rəşid oğlunun doğum günüdür.“Qanunyolutv.az” xəbər verir ki, şəhidin doğum günü münasibətilə Fəxri xiyabanda məzarı və Zığ qəsəbəsində abidə kompleksi ziyarət edilib. Şəhidin məzarı üstünə gül-çiçəklər qoyulub.
Mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri, şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, şəhidin doğmaları, sakinlər iştirak ediblər.
Şəhidlərimizə olan hörmət və ehtiramını bildirən RİH başçısı Əziz Əzizov ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə qayğısından bəhs edərək Rəşad Quliyevi boya-başa çatdıran Mətanət xanıma təsəlli verib, vətənimizə belə gərəkli övlad yetişdirdiyi üçün bir daha təşəkkür edib.
2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Cəbrayıl-Füzuli istiqamətlərində başlanan döyüşlərdə savaşan Rəşad Quliyev Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərərək 2020-ci il oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı şəhidlik olub.
Allah rəhmət eləsin!
