Həm xərçəngə qalib gəldi, həm də ölkə birincisi oldu
- 06.05.2026, 21:30,
- Xəbər / Sosial / Təhsil / Səhiyyə
Baxılıb: 4
Facebook
Вконтакте
Одноклассники
Google+
Ağır xərçəng xəstəliyinə görə 1 il təhsilindən uzaq qalan Kimya və biologiya təmayüllü Respublika Liseyinin 9-cu sinif şagirdi Emin Mustafazadə həm xəstəliyə qalib gəlib, həm də Olimpiada da qızıl medal qazanıb.“Qanunyolutv.az” xəbər verir ki, bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb.
Belə ki, Emin Mustafazadə 8-ci sinifdə Respublika Fənn Olimpiadasının qızıl medalçısı olub. Sonra o, xərçəng xəstəliyinə görə 1 il təhsilindən uzaq qalıb və böyük mübarizələr aparıb.
Emin bu günlərdə 9-cu sinif üzrə Respublika Fənn Olimpiadasında kimya fənni üzrə ölkə birincisi olub.
O, həmçinin 7-ci sinifdə Respublika Fənn Müsabiqəsindən də qızıl medal qazanıb.