Qadın güləşçimiz İslamiadanın qalibi oldu - Yenilənib
- 11.08.2022, 20:30,
- Sosial / İdman / Xəbər
Baxılıb: 38
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın qadın güləşçisi Leyla Qurbanova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının qalibi olub.“Qanunyolutv.az” xəbər verir ki, Leyla Qurbanova (53kq) finalda özbəkistanlı Aktenqe Keunimjayevaya 6:1 hesabıyla qalib gələrək İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazanıb.
İslam Bazarqanov (61 kq) isə özbəkistanlı Cahangirmirzə Turabovla final görüşündə xalların keyfiyyətinə görə (6:6) məğlub olaraq İslam Həmrəyliyi Oyunlarının gümüş medalını qazanıb.
****
Əsgər Məmmədəliyev tacikistanlı Cəmşid Şərifova 3:0 hesabıyla qalib gələrək İslam Həmrəyliyi Oyunlarının bürünc medalını qazandı.
****
Tatyana Omelçenko indoneziyalı Herlina Xarişma Tantriyə 11:0 hesabıyla qalib gələrək İslam Həmrəyliyi Oyunlarının bürünc medalını qazandı.
****
Hacımurad Ömərov Konyada keçirilən V İslam Həmrəyliyi Oyunlarında sərbəst güləş üzrə bürünc medal qazanıb. H.Ömərov Qazaxıstan idmançısı Mexir Koşkinbayevi 10:4 hesabı ilə məğlub edib.
****
Azərbaycanın qadın güləşçisi Gözəl Zutova V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb. İdmançımız finalda türkiyəli Buse Çavuşoğluya “tuşe” ilə məğlub olub və İslamiadanın gümüş medalını qazanıb.
Təbrik edirik idmançılarımızı!
