Qadın güləşçimizdən bürünc medal

  • 16.12.2020, 22:40,
  • İdman
  • Baxılıb: 62
Qadın güləşçimizdən bürünc medal

Serbiyanın paytaxtı Belqradda güləş üzrə Fərdi Dünya Kuboku davam edir.

"Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, dördüncü yarış günündə 57, 59, 65, 68 və 76 kq-da çıxış edən qadın güləşçilər mübarizəyə qoşulub.

Alyona Kolesnik ilk görüşdə hindistanlı güləşçiyə məğlub olub. Rəqib finala yüksəldiyi üçün Kolesnik dekabrın 16-da təsəlliverici görüşə çıxıb və alman həmkarına qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Həlledici görüşdə sonuncu xal prinsipinə əsasən Kolesnik 5-ci olub.

Mübarizəyə 1/4 finaldan start verən Elis Manolova isə Moldova təmsilçisinə uduzub. Rəqib finaladək irəliləyib. Bu isə Elisə bürünc medal uğrunda mübarizə aparmaq şansı yaradıb. Türkiyə güləşçisini üstələyən Elis fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter