Qadın cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı - Yenilənib

  • 21.11.2020, 20:15,
  • İdman
  • Baxılıb: 50
Qadın cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı - Yenilənib

Çexiyanın paytaxtı Praqada start götürən Avropa çempionatında təmsilçimiz İrina Kindzerska (78 kiloqramdan yuxarı) finala vəsiqə qazanıb.

"Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, cüdoçumuzun həlledici mərhələdə rəqibi fransalı Romane Disko olacaq.

Digər cüdoçularımız Məmmədəli Mehdiyev (90 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medallar uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, qitə çempionatında millimizin üzvləri Orxan Səfərov (66 kq) qızıl, Rüstəm Orucov bürünc medal qazanıb.

Avropa çempionatına 40 ölkədən 355 cüdoçu qatılıb.
****

Cüdoçumuz İrina Kindzerska həlledici görüşdə Fransa təmsilçisi Roman Dikkoya uduzaraq, gümüş medalla kifayətlənib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter