Neftçala rayonunun Şorkənd kəndinin Vətən müharibəsi şəhidi Cəfərov Cəlil Sulduz oğlunun 24-cü doğum günü qeyd olunub.“Qanunyolutv.az” xəbər verir ki, tədbirdə Neftçala RİH başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, din xadimləri və qazilər iştirak edib.
Şəhidin ailə üzvləri ilə görüşən Neftçala RİH başçısı Mirhəsən Seyidov ailənin sosial vəziyyəti, qayğıları, məişət məsələləri ilə maraqlanıb.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabrın 27-də başlanan və 44 gündə qələbə ilə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışan RİH-nin başçısı, Cəlil və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığını diqqətə çatdırıb.
Qeyd edək ki, şəhid Cəfərov Cəlil Sulduz oğlu 8 avqust 1998-ci il Neftçala rayonu Şorkənd kəndində anadan olub. Azərbaycanın ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub. O, noyabr ayının 19-da Neftçala rayonu Şorkənd kənd qəbiristanlığında dəfn olunub.
Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən
"Vətən uğrunda" medalı, 29.12.2020-ci il tarixli sərəncamına əsasən
"Suqovuşanın azad olunmasına görə" medalı və
"Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!