Qaradağda şəhidin adına tikilmiş xatirə-bulaq kompleksi açıldı

Qaradağda şəhidin adına tikilmiş xatirə-bulaq kompleksi açıldı

Qaradağ rayonu Korgöz qəsəbəsində şəhid Ağabəy Məmmədquliyevin doğum günü qeyd edilib.

“Qanunyolutv.az” xəbər verir ki, Vətən Müharibəsi şəhidi olan Ağabəy Məmmədquliyev Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub.

O, 27 sentyabr 2020-ci ildə Tərtərin Talış kəndi istiqamətində gedən döyüşlər zamanı şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə, Ağabəy Məmmədquliyev “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Qaradağda şəhidin adına tikilmiş xatirə-bulaq kompleksi açıldı

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin rəhbər işçiləri, millət vəkili, rayon ictimaiyyət nümayəndələri, qəsəbənin ağsaqqalları iştirak ediblər. Daha sonra şəhidin xatirəsinə tikilmiş bulaq kompleksinin açılışı olub.

Şəhid ailəsi tikilmiş bulaq kompleksi üçün göstərilmiş köməkliyə görə Qaradağ Rayon İcra Hakimiyyətinə və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq ediblər.
Qaradağda şəhidin adına tikilmiş xatirə-bulaq kompleksi açıldı

Allah rəhmət eləsin!
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter