Hulusi Akar azərbaycanlı uşaqlarla söhbət etdi - Fotolar
- 18.03.2022, 18:00,
- Sosial / Xəbər
Baxılıb: 41
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyənin müdafiə naziri Hulusi Akar Baş Qərargah rəisi ordu generalı Yaşar Gülərlə birlikdə 18 Mart Şəhidlər Günü və Çanaqqala Dəniz Zəfərinin 107-ci ildönümü münasibətilə keçirilən mərasimlərdə iştirak edib.“Qanunyolu.info.az” xəbər verir ki, bu barədə Türkiyə MN-nin tviter səhifəsində paylaşım edilib.
Bildirilib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutan mərasimdə 25 mart 1893-cü ildə Qətərdəki Osmanlı qalasına köməyə gedən mayor Yusif bəyin komandanlığında Osmanlı əsgərlərinə məxsus bayraq müdafiə naziri Hulusi Akara təslim edilib.
Belə ki, İngiltərədə keçirilən hərracdan Türkiyəyə gətirilən tarixi bayraq Çanaqqalada keçirilən mərasimlərdə mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy tərəfindən Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edilib.
Prezident Ərdoğan bayrağı öpərək alnına qoyub və müdafiə naziri Hulusi Akara təhvil verib. Nazir Akarda bayrağı üç dəfə öpərək alnına qoyub.
Mərasimdən sonra Hulusi Akar Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər ilə birlikdə şəhidlərin məzarlarını ziyarət edib, məzarları üzərinə qərənfillər qoyub. Nazir Akar azərbaycanlı uşaqlarla da söhbət edib.
