“Türkiyə Qarabağda həm masada, həm də meydandadır” - Hulusi Akar

  • 12.11.2020, 21:53,
  • Dünya
  • Baxılıb: 33
“Türkiyə Qarabağda həm masada, həm də meydandadır” - Hulusi Akar

“Türkiyə Qarabağ razılaşmasında həm masada, həm də döyüş meydanındadır. Orada hər hansı “oldu bitdi” müzakirə mövzusu deyil”.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.

“Sabah Rusiyadan geniş bir heyət gəlir. Taktiki və texniki olaraq kim harda dayanacaq, nə edəcək – bunlar müzakirə olunacaq. Qarabağ sazişində Türkiyənin yeri haradadır? Türkiyə məsələnin kökündədir. Həm masada, həm döyüş meydanındadır”, - deyə Akar bildirib.

Xatırladaq ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında Türkiyə sülhməramlılarının Qarabağ ərazisinə gəlməyəcəyini açıqlamışdı.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter