Hulusi Akarla İmran Xan regional təhlükəsizliyi müzakirə edib

  • 12.08.2021, 08:30,
  • Siyasət
  • Baxılıb: 37
 Hulusi Akarla İmran Xan regional təhlükəsizliyi müzakirə edib

Pakistan Baş naziri İmran Xan İslamabaddakı iqamətgahında Türkiyə milli müdafiə naziri Hulusi Akarı qəbul edib.

Bu barədə “Qanunyolu.info.az”, “Anadolu” agentliyinə istinadən xəbər verir.

Görüşdə Pakistanın müdafiə naziri Pərviz Xattak da iştirak edib.

İkitərəfli məsələlər, regional təhlükəsizlik, müdafiə sənayesi və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Akar Türkiyə ilə Pakistan arasında dərin tarixi əlaqələrə diqqət çəkib, iki ölkənin həm kədərli, həm də sevincli anlarda bir-birini dəstəklədiyini qeyd edib.

“Türkiyədəki meşə yanğınları ilə mübarizə fonunda Pakistandan dəstək sözləri bizə güc verir. Prezident Rəcəb Tayyib Ərdoğan hər fürsətdə Kəşmir məsələsində Türkiyənin Pakistanı dəstəklədiyini bəyan edir”, - Akar deyib.

O, həmçinin iki ölkə arasında hərbi əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.

Daha əvvəl Akar Pakistan Ordusunun Baş Qərargah rəisi, ordu generalı Qamar Cavid Bacva ilə də görüşüb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter