Suraxanıda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub

Suraxanıda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub

Suraxanıda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub.

“Qanunyolu.info.az” xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhid ailələri, rayonun idarə, müəssisə, təşkilatlarının xanım kollektivləri, ziyalılar iştirak ediblər.
Suraxanıda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub

Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibəti ilə rayonun bütün qadınlarını təbrik edərək xoş arzularını çatdırıb. Əziz Əzizov xüsusi vurğulayıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadını tam azad, ictimai-siyasi fəaliyyətdə aktiv rol oynadığını bütün dünyaya aydın şəkildə nümayiş etdirir.
Suraxanıda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub

Suraxanıda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub

Tədbirə dəvət edilmiş bütün qadınlara qiymətli hədiyyələr təqdim edilib, eləcə də rayonun ictimai-siyasi həyatında öz fəallığı ilə fərqlənən xanımlar RİH başçısının Fəxri fərmanı ilə mükafatlandırılıblar.

Tədbir sevilən ifaçıların və rəqs qruplarının təqdimatında bədii hissə ilə davam edib.
Suraxanıda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter