Tağıyevin heykəlini zədələyənlərlə bağlı yeni qərar - Həbs edildilər
- 25.01.2022, 15:00,
- Sosial / Kriminal / Xəbər
Baxılıb: 44
Facebook
Вконтакте
Одноклассники
Google+
Paytaxtın Səbail rayonunda Hacı Zeynəlabdin Tağıyevin heykəlinə zərər vuran şəxslər barəsində məhkəmə qərarı olub. "Qanunyolu.info.az" xəbər verir ki, DİN Mətbuat xidmətindən verilən məlumata görə, əməli törətməkdə təqsirləndirilən şəxslər: 1991-ci il təvəllüdlü Vüqar Tağızadə, 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Səbail RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221-cü (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə istintaq hərəkətləri davam etdirilir. İstintaqın yekununda toplanmış materiallar baxılması üçün məhkəməyə göndəriləcək.
Qeyd edək ki, adıçəkilən şəxslər saxlanıldıqdan 48 saat sonra, yanvarın 21-də onların məhkəməyə çıxarılacağı gözlənilsə də, bu baş verməmişdi. Onların barəsində məhkəməyə həbs qətimkan tədbirinin seçilməsi üçün təqdimat verilmədi. Həmin gün istintaqı aparan polis orqanı gənclər barəsində polisin nəzarətinə verilmə qərarı vermişdi.
