“SAVALAN - ASPİ Vayneri” MMC-nin şəhidinin xatirəsi belə əbədiləşdirildi

“SAVALAN - ASPİ Vayneri” MMC-nin şəhidinin xatirəsi belə əbədiləşdirildi

Qəbələnin Savalan kəndində 15 noyabr tarixində İkinci Qarabağ müharibəsi qəhrəmanlarından biri olan Mikayıl Əhmədov Hümbət oğlunun xatirəsinə bulağın açılışı keçirilib.

Şəhidlik zirvəsinə yüksələn Mikayıl Əhmədov Qəbələ rayonunun Savalan kəndində anadan olmuşdur. O, uzun müddət “SAVALAN – ASPİ Vayneri” MMC şirkətində çalışmışdır. Elə bulağın tikintisi də Qəbələ rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü və “SAVALAN – ASPİ Vayneri” MMC-nin sponsorluğu ilə baş tutmuşdur.

"Qanunyolu.info.az" xəbər verir ki, açılış mərasimində Qəbələ rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinin rəisi Anar Ağabəyov, Savalan kənd sakinləri, şəhidin ailə üzvləri, müəllimləri, tələbə yoldaşları, ziyalılar, eləcə də şirkət nümayəndəliyi iştirak edib.
“SAVALAN - ASPİ Vayneri” MMC-nin şəhidinin xatirəsi belə əbədiləşdirildi

Çıxış edənlərin hər biri Azərbaycanın qəhrəman övladını fəxrlə yad edib, onun haqqında xatirələrini bölüşüblər. Çıxış edən “SAVALAN - ASPİ Vayneri” MMC – nin direktoru Ə.Şəfizadə ötən il sentyabrın 27-də başlayan və tarixə 44 günlük Zəfər yolu kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb.

“Vətənimi anam qədər sevirəm və onun yolunda canımdan da keçməyə hazıram!..” demişdi şəhidimiz.

Mikayıl Əhmədov İkinci Qarabağ müharibəsində Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalaraq “Qubadlı uğrunda gedən döyüşlərdə”, “Füzuli uğrunda gedən döyüşlərdə”, “Şuşa uğrunda gedən döyüşlərdə”, “Vətən uğrunda”, “İgidliyə görə” medalları ilə təltif edilib.

Vətən Müharibəsində şərəfli tarix yazan oğullardan Elmdar Məmmədov, Ümid Aslanov, Anar Hayıfzadə, Anar Rəsulzadə və Valeh Maqsudov da “SAVALAN – ASPİ Vayneri” MMC şirkətində çalışıblar və hazırda elə orada da işlərini davam etdirirlər.
“SAVALAN - ASPİ Vayneri” MMC-nin şəhidinin xatirəsi belə əbədiləşdirildi
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter