Abşeronda şəhidin baralyefinin açılışı olub - Fotolar
- 09.07.2021, 17:20,
- Sosial / Xəbər
Baxılıb: 27
Facebook
Вконтакте
Одноклассники
Google+
Abşeron rayonu Hökməli qəsəbəsində şəhid Elşən Müslümovun xatirə lövhəsi və baralyefinin açılışı olub.“Qanunyolu.info.az” xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə icra başçısı İradə Gülməmmədova, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, şəhidin ailə üzvləri və rayon ictimaiyyəti iştirak edib.
Abşeron Rayon İcra başçısı İradə Gülməmmədova çıxış edərək şəhidlərin xatirəsini əbədiləşdirmək üçün bütün lazımi tədbirlərin görüldüyünü qeyd edib.
I və II Qarabağ müharibəsi zamanı həyatlarını itirən 150-dən çox şəhidimizin adına küçə salındığını deyən başçının sözlərinə görə, həmin küçələr abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib: “Hökməli qəsəbəsinin yeni yaşayış massivində küçələrdən birinə şəhid Elşən Müslümovun adı verilib və baralyefi yaradılıb. Bunlar gələcək nəsillərin vətənpərvər ruhda böyüməsinə kömək edəcək”.
Sonra Yasamal RİH əməkdaşları, şəhid ailələri, qəhrəmanımızın səngər yoldaşları və ictimaiyyət nümayəndələri şəhidimiz barəsində xatirələrindən danışaraq şəhidin ailəsinə Allahdan səbr diləyiblər.
Allah rəhmət eləsin!
