Abşeron şəhidlərinə il mərasimi keçirildi - Fotolar
- 31.10.2021, 12:00,
- Sosial / Xəbər
Baxılıb: 51
Facebook
Вконтакте
Одноклассники
Google+
Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərə atılaraq qəhrəmancasına döyüşən, öz canlarını vətəninə qurban verən dörd igid şəhidimizin il mərasimi keçirilib.“Qanunyolu.info.az” xəbər verir ki, il mərasimlərində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, millət vəkili Oqtay Əsədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron Rayon Şöbəsinin rəisi Ruslan Rəhimov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin rəisi, polkovnik Hüseyn Quliyev, Abşeron rayon prokuroru Qabil Qasımov, Abşeron rayon Mühafizə Polisi İdarəsinin rəisi Arif Məmmədov, şəhid ailələri, qazilər, gənclər və rayon ictimaiyyəti iştirak edib.
Şəhid əsgər İbadov Rauf Məhərrəm oğlu, gizir Rəşidov Ziyəddin Arzu oğlu, gizir Dövlətli İskəndər Vüqar oğlu və əsgər Heydərov Qadir Ədalət oğlunun əvvəllər yaşadıqlara ünvanlara gedilərək ailə üzvləri ilə görüşülüb.
Eyni zamanda, şəhid əsgər İbadov Rauf Məhərrəm oğlunun adının əbədiləşdirilməsi məqsədi ilə ucaldılan abidə-bulaq kompleksinin açılışında iştirak edilib.
Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhidlərimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhlarına dualar oxunub.
Allah bütün şəhidlərimizi rəhmət eləsin!
