Bərdədə icra başçısı şəhid ailələri və qazilərlə görüşüb - Foto
- 21.12.2020, 17:05,
- Sosial / Xəbər
Baxılıb: 103
Facebook
Вконтакте
Одноклассники
Google+
Bərdə rayonunda şəhid ailələri, qazilər xüsusilə yaralı əsgər və zabitlərimiz diqqət mərkəzində saxlanılır, onlara baş çəkilir, ailənin qaldırdığı məsələlər öyrənilir, mümkün problemlər yerində həll edilir, onlara hüquqi, maddi və mənəvi köməklik göstərilir."Qanunyolu.info.az" xəbər verir ki, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev aidiyyəti rəhbər şəxslərlə birlikdə növbəti dəfə Mustafaağalı kəndində yaralı əsgər Mustafayev Yusir Telman oğlunun, çavuş Cavadov Hüseyn Hakim oğlunun, əsgər Salahov Elçin oğlunun, Bakı şəhərində müalicə olunan qazilər, əsgər İsmayılov Rasif Xeybər oğlunun, gizir Quliyev Elxan Elman oğlunun, Lək kəndində şəhid Abuşov Asif Əlövsət oğlunun ailələrinə baş çəkib. Belə görüşlər ənənəvi olaraq davam etdiriləcək.