Qaxda 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.
“Qanunyolutv.az” xəbər verir ki, Qax RPŞ-nin keçirdiyi tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 53 yaşlı Zaza Poladaşvili saxlanılıb. Ondan 4 kiloqram 300 qram narkotik vasitə marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Zaza Poladaşvili barəsində həbs qətimkan tədbiri seçilib.