Abşeronda şəhid ailələrinə medal və ordenlər təqdim edildi - Fotolar

Abşeronda şəhid ailələrinə medal və ordenlər təqdim edildi - Fotolar

Bu gün Abşeron rayon İcra Hakimiyyətində şəhid ailələrinə medalların təqdimetmə tədbiri keçirilib.

“Qanunyolu.info.az” xəbər verir ki, təqdimetmədə RİH başçısı İradə Gülməmmədova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Yusif Mirzəyev, SHXÇDX-nin Abşeron şöbəsinin rəisi, polkovnik Hüseyn Quliyev, şəhid ailələri və KİV nümayəndələri iştirak edib.

Əvvəlcə Azərbaycanın ərəzi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Abşeronda şəhid ailələrinə medal və ordenlər təqdim edildi - Fotolar

Sonra çıxış edən RİH başçısı İradə Gülməmmədova şəhidlərimizin və qazilərimizin sayəsində torpaqlarımızın işğaldan azad edildiyini vurğulayıb: “Xocalının, Gəncə, Bərdə və Tərtərdə ermənilər tərəfindən törədilən faciələrin qisası ordumuz tərəfindən döyüş meydanında alınıb. Şəhid və qazi ailələrinə dövlət səviyyəsində böyük diqqət və qayğının göstərilir”.

SHXÇDX-nin rəis müavini Yusif Mirzəyev də hər birimizin şəhidlərə borclu olduğumuzu qeyd edərək medal və ordenlərin onların ailələrinə təqdim etməyi özünə böyük bir fəxr hesab etdiyini deyib.
Abşeronda şəhid ailələrinə medal və ordenlər təqdim edildi - Fotolar

Bundan sonra şəhid ailələrinə medal və ordenlər təqdim olunub. Belə ki, kapitan Musibov Veysəl Yadullayeviçin “Vətən Müharibəsi Qəhrəmanı” (ölümündən sonra), mayor Hüseynov Rəhim Qədir oğlunun “Qarabağ Ordeni” (ölümündən sonra), kapitan Mustafayev Nurlan Hamlet oğlunun “Azərbaycan Bayrağı” Ordeni və “Vətən uğrunda” medalı (ölümündən sonra) ailələrinə təhvil verilib.
Abşeronda şəhid ailələrinə medal və ordenlər təqdim edildi - Fotolar

Abşeronda şəhid ailələrinə medal və ordenlər təqdim edildi - Fotolar
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter