İradə Gülməmmədova şəhid övladları ilə görüşüb - Foto
- 25.06.2021, 15:50,
- Siyasət
Baxılıb: 27
Facebook
Вконтакте
Одноклассники
Google+
Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova şəhid övladları ilə görüşüb."Qanunyolu.info.az" xəbər verir ki, RİH başçısı “1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü” münasibətilə Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Musibov Veysəl Yadullayeviç və şəhid Xəlilov Ruhin Müzəffər oğlunun evinə gedərək onların ailə üzvləri, eləcə də övladları ilə görüşüb, onların qayğıları və problemləri ilə maraqlanıb.
"Azərbaycanın gələcəyini – gül balaları qorumaq hamımızın borcudur. Ölkəmizdə uşaq hüquqları yüksək səviyyədə qorunur. Abşeron rayonunda fidanlarımızın həm təhsil sahəsi üzrə, həm də asuda vaxtlarının keçirilməsi istiqamətində mühüm işlər görülür.
Dövlət tərəfindən uşaqların sağlam və firavan böyüməsi, onların rifahının yüksəldilməsi istiqamətində bütün tədbirlər görülür. Şəhidlərimiz ona görə öz canlarından keçdilər ki, bütöv Azərbaycanda gələcəyimiz olan uşaqlarımız təhlükəsiz şəraitdə yaşayıb böyüsünlər"-, deyə RİH başçısı qeyd edib.