İstanbulda müalicə alan qazilərimizlə görüş - Foto
- 26.06.2021, 13:00,
- Sosial / Xəbər
Baxılıb: 34
Facebook
Вконтакте
Одноклассники
Google+
Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə dünya azərbaycanlılarının nümayəndələri İstanbulda müalicə alan qazilərimizə baş çəkib, onların vəziyyəti ilə maraqlanıblar."Qanunyolu.info.az" xəbər verir ki, görüş zamanı mərd oğullarımızın göstərdiyi şücaət və qəhramanlıqdan söz açılıb, harada yaşamasında asılı olmayaraq hər bir azərbaycanlının Vətən uğrunda canından keçən şəhidlərimizlə və sağlamlığını itirən qazilərimizlə fəxr etdiyi, qürur duyduğu vurğulanıb.
Komitə sədri Fuad Muradov şəhid ailələrinə, qazilərə dövlət səviyyəsində hərtərəfli qayğı göstərildiyini deyib: "Bu, dövlətimiz üçün prioritet məsələdir. Azərbaycandan kənarda yaşayan soydaşlarımız və diaspor nümayəndələri may ayı boyunca keçirilən “YAŞAT” marafonunda yaxında iştirak etməklə, şəhid ailələrinin və qazilərimizin yanında olduqlarını nümayiş etdiriblər".
Qazilərə ən qısa zamanda sağlamlıqlarına qovuşmağı diləyən ziyarətçilər 26 iyun- Silahlı Qüvvələr Günü münasibətilə onları təbrik edib, Vətən uğrunda müqəddəs və şərəfli xidmətlərinə görə bir daha hər birinə təşəkkür ediblər.
