Ərdoğanla Əliyev Türkiyənin oyununu izləyəcək

Ərdoğanla Əliyev Türkiyənin oyununu izləyəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “AVRO- 2020” çempionatı çərçivəsində baş tutacaq Türkiyə-Uels matçını Azərbaycanda izləyəcək.

“Qanunyolu.info.az” xəbər verir ki, bu barədə Ərdoğan Ədalət və İnkişaf Partiyasının qrup iclasında çıxış edərkən bildirib.

“Qardaşım Əliyevlə ikinci oyunu Azərbaycanda izləyəcəyik, cədvəlimizi belə qurduq”, - deyə Ərdoğan vurğulayıb.

Qeyd edək ki, futbol üzrə Türkiyə-Uels matçı iyunun 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter