Naxçıvanın daha bir sabiq naziri həbs edildi - Rəsmi+Yenilənib
- 09.03.2021, 12:45,
- Siyasət / Kriminal
Baxılıb: 27
Facebook
Вконтакте
Одноклассники
Google+
Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədovun həbsindən sonra daha bir keçmiş nazir saxlanılıb."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, Ə.Əhmədov barəsində uzun müddətdir mediada şikayət və cinayətdə ittihamlarla bağlı məlumatlar yayılırdı.
Bakıdakı evlərindən birində istirahət edən Əhməd Əhmədov təxminən 10 gün öncə paytaxtda saxlanılaraq Naxçıvana aparılıb.
Onunla birgə, oxşar əməllərlə
Naxçıvanın keçmiş təhsil naziri Məmməd Qəribov da saxlanılıb. O da yeyintidə ittiham edilir. M.Qəribov 2016-cı ilin fevral ayında təhsil naziri təyin edilib, 2018-ci ilin iyul ayında vəzifədən çıxarılıb.
Əhməd Əhmədovun həbs edildiyini Baş Prokurorluq təsdiqləyib.
Qeyd edək ki, Məmməd Qəribovun saxlanılması barədə məlumatı ilk olaraq unikal.org saytı yayıb.
****
Baş Prokurorluğun Mətbuat xidməti "Qanunyolu.info.az", “Qafqazinfo”-nun sorğusuna istinadən cavab olaraq Naxçıvan Muxtar Respublikasının sabiq təhsil naziri Məmməd Qəribovun məhkəmənin qərarı ilə həbs edilməsini təsdiqləyib.
