Tərxis olunanlarla bağlı komissiya fəaliyyətə başladı - Foto
- 11.01.2021, 16:40,
- Siyasət
Baxılıb: 35
Facebook
Вконтакте
Одноклассники
Google+
Müdafiə nazirinin müvafiq əmrinə əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə yaradılan komissiya yanvarın 11-dən fəaliyyətə başlayıb."Qanunyolu.info.az" xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.
Komissiya vətəndaşlar tərəfindən daxil olan müraciətlərin obyektiv və vaxtında araşdırması, həmçinin həll olunması istiqamətində zəruri tədbirlər görəcək.