Belarus Ukraynaya nota verdi

  • 27.11.2020, 10:45,
  • Siyasət
  • Baxılıb: 41
Belarus Ukraynaya nota verdi

Belarus Respublikası Ukraynaya nota verib. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ukraynanın Belarusdakı səfiri İqor Kizima XİN-ə çağırılaraq xəbərdarlıq edilib. Buna səbəb Kiyevdə Belarus hökumətinə qarşı keçirilən etiraz aksiyasıdır.

Notada Ukraynada olan Belarus Səfirliyinin təhlükəsizliyinin təmin edilməsi, 1961-ci il Vyana konvensiyasına hörmət edilməsinin vacibliyi vurğulanıb.

“Radikal qruplar səfirlik binası ətrafında qanunsuz nümayiş keçirir, vəzifəmizi yerinə yetirməyə mane olmaqla yanaşı orada çalışan əməkdaşlarımızın, onların ailələrinin həyatlarını təhlükəyə atırlar”,- deyə Belarus XİN açıqlamasında qeyd edib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter