Pentaqon Esperin istefa verəcəyi barədə xəbəri təkzib etdi - Yenilənib

  • 06.11.2020, 03:30,
  • Siyasət
  • Baxılıb: 24
Pentaqon Esperin istefa verəcəyi barədə xəbəri təkzib etdi - Yenilənib

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəhbəri Mark Esper öz istəyi ilə istefaya getməyə hazırlaşır. O, müvafiq ərizə hazırlayıb. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən bildirir ki, bu barədə “NBC News” Pentaqondakı mənbələrinə istinadən xəbər verib.

Müdafiə Nazirliyinin başçısının işdən çıxarılması ilə bağlı yekun qərarı ABŞ Prezidenti Donald Tramp qəbul edəcək.

Prezidentlərin dəyişikliyi dövründə nazirlərin istefa verməsi nadir hal hesab edilmir. Bir qayda olaraq, dövlət başçısı səsvermənin yekun nəticələrinin açıqlanmasından sonra qərar qəbul edir. Lakin Esperin vəziyyətində onun addımı həqiqətən istefa ilə nəticələnə bilər.
****

ABŞ müdafiə naziri Mark Esper vəzifəsini tərk etməyi planlaşdırmır, ona istefa ərizəsi verməyi təklif etməyiblər. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Conatan Hoffman bildirib.

O, “NBC” telekompaniyasının müvafiq xəbərini təkzib edib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter