Zakir Həsənov “BOO - 2020” yarışlarının bağlanış mərasimində - Fotolar
- 05.09.2020, 23:00,
- Siyasət / Xəbər
Baxılıb: 32
Facebook
Вконтакте
Одноклассники
Google+
Müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 5-də Moskva şəhəri yaxınlığındakı Alabino poliqonunda təşkil edilən “Beynəlxalq Ordu Oyunları - 2020” (BOO - 2020) yarışlarının son günündə keçirilən “Tank biatlonu” müsabiqəsinin final mərhələsinə çıxmış Azərbaycan tankçılarının digər komandalarla mübarizəsini izləyib və qalib gəlmiş hərbi qulluqçuların mükafatlandırılmasında iştirak edib.Bu barədə "Qanunyolu.info.az", "Qafqazinfo"-ya istinadən Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “BOO - 2020” yarışlarının təntənəli bağlanış mərasimi konsert proqramı ilə sona çatıb.
Qeyd edək ki, hərbçilərimiz bu yarışlar çərçivəsində keçirilən “Dəniz kuboku” və “Tank biatlonu” müsabiqələrində ölkəmizi yüksək səviyyədə təmsil ediblər.